Ermənistanın Baş naziri Nikol Paşinyan erməni ordusunun və diplomatiyasının uğursuzluğunda hamını günahlandırmağa başlayıb.
Müstəqil.Az xəbər verir ki, bu barədə Ermənistanın “Aravot” qəzeti yazıb.
Məqalədə bildirilib ki, Paşinyan günahkarlar axtarışı ilə məşğuldur. O, keçmiş Ermənistan hakimiyyətini, könüllüləri, döyüşmək istəməyən hərbçiləri və müxalifəti ittiham edir:
“İndi Ermənistan ordusunun verdiyi məlumatlar əsasında bu məşhur sənədi imzalamaq qərarına gəldiyini söyləyir. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələrinə müqavimət göstərə bilmədiyi üçün məhz erməni ordusu bu addımı atmağın zəruriliyində təkid edib”, – deyə erməni nəşrinin məqaləsində qeyd edilib.
Ermənistanın hərbi komandanlığı isə öz növbəsində Paşinyanı 40 gün əvvəl İrəvanın rəsmi Bakıdan münaqişəni sülh yolu ilə həll etməsi üçün təklif aldığı zaman qərar qəbul etməməkdə günahlandırır.
Əli, Xədicə