24 dekabrda Azərbaycan Pankration, Qrapplinq vı MMA Federasiyası 2022-ci ilin yenuklarına həsr olunan hesabat konfransı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbir şəhidlərin anılması və dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə dövlət başçısının idman sahəsindəki uğurlu siyasəti, idmana verdiyi xüsusi diqqət və qayğısı, Azərbaycanın idman dünyasında artan nüfuzu və 44 günlük Vətən Müharibəsi zamanı Ali Baş Komandanın xalqla birliyi, qazanılan tarixi zəfərimiz haqqında məlumat verilib.
Həmçinin, Prezidentin doğum günü ilə bağlı Konfrans iştirakçıları adından təbrik də səsləndirilib.
Tədbirdə çıxış edən Federasiya Prezidenti Azad Əsgərov 2022-ci ilin hesabatını təqdim edib. Qazanılan yeni uğur və nəaliyyətlər haqqında məlumat verib.
Federasiyanın təsis konfransında İdarə Heyəti və idman növləri üzrə vitse-prezidentlər seçilib. Azad Əsgərov təsis konfransı haqqında danışıb və yeni seçilən İdarə Heyətini təqdim edib.
İdarə heyətinin üzvləri Baş katib Rəmiş Malıyev, Qrapplinq üzrə I vitse-prezident Hüseynəli Abbaslı, Qrapplinq üzrə vitse-prezident Kamil Qocayev, MMA üzrə vitse-prezident Çingiz Kişiyev, MMA və Pankration üzrə vitse-prezident Rəşad Seyfəddinov seçilib.
Azad Əsgərov 2023-cü il üçün yeni planlar haqqında ətrafl məlumatı verib.
Sonra Milli Olimpiya Komitəsinin İdman İdarəsinin müdiri Həsənağa Rzayev, Gənclər və İdman Nazirliyinin nümayəndələri Sevda Mirzəyeva və Rəşad Rəsulov, Bakı şəhəri Baş Gənclər və İdman idarəsinin rəisi Raqif Abbasov idman ictimayyətinə öz fikirlərini çatdırıblar.
Tədbir 2022-ci il ərzində müxtəlif beynəlxalq yarışlarda iştirak edən MMA idman növü üzrə peşəkar döyüşçülər, MMA, Pankration və Qrapplinq idman nüvərində avropa, dünya və respublika çempionatında mükafat qazanan idmançılar fərqlənən peşəkar-idmançılara İlin idmançısı fəxri diplomu təqdim edilib.
Həmçinin, fərqlənən məşqçilərin “İlin məşqçisi” , uğur qazanan klublar “İlin klubu”, ən yaxşı hakimlərin “İlin hakimi” və media nümayəndələrinə “İlin Media qurumu” fəxri diplomları təqdim edilib
Federasiyaya üzv olan yeni məşqçilərin sertifikatları təqdim olunub.
Sonra ilin yarışlarının və idmançıların qələbələri haqda video-təqdimat yayımlanıb.