General Deyl Uotson (Amerika Birləşmiş Ştatları)
-Azərbaycan polisi millətinin vicdanı, şərəf və ləyaqətidir…
Azərbaycan Daxili İşlər Nazirliyi bu gün beynəlxalq narkomafiyanın Cənubi Qafqazda 9 proqramı reallaşıb. Yəni regionlarda narkotik maddələrin əkilməsi, yığılıb daşınması, laboratoriyalara ötürülməsi, satış bazarlarına çıxrılması XXI əsrə uyğun olaraq, daha primitiv qaydalarla deyil, daha sivil qaydalarla
icra olunur. Avropa ölkələrində, xüsusən ABŞ-da, Almaniyada, İngiltərədə, RF-də… Fransada, İtaliyada…
narkotikaya qarşı mübarizə üsulları isə primitiv olaraq qalır.
Məsələn, kokain və heroin ABŞ üçün onun milli təhlükəsizliyini sarsıdan ciddi bir faktor kimi qalmaqdadır. Buna görə də Vaşinqtonda “Narkotiklərə və narkotik maddələrə qarşı mübarizə strategiyası”nın yeni variantı hazırladı. O da yarımçıq qaldı. Çünki məlumata görə Ağ Evin mərtəbələrindən, Konqressmenlərin otaqlarından, Mərkəzi Kəşfiyyat İdarəsinin mərtəbələrində heroin kisələri tapılmışdı. Bununla bağlı Vaşinqton meydandan çıxmalı oldu. Onun deyək ki, “Demokratiya dərsləri” iflasa uğradı. Bir azdan Amerika mallarına qadağalar qoyulacaq. Bununla da ABŞ demokratiyasının”yırtıq tumanı” göründü. Azərbaycana Demokratiya lazım deyil. Fikrimcə onun adət-ənənələri ən gözəl demokratiyadır… Ağ Evdə prezidentin xüsusi sərəncamı hazırlandı (ilk belə sərəncam 1992-ci ilin sentyabrında hazırlanmışdı. 2004-cü il yanvarın 11-də isə daha ciddi bir sərəncam hazırlandı: N-132264). Sərəncamda profilaktik tədbir kimi narkomaniyaya qarşı küçə yürüşləri, marafonlar, mitinqlər… vaxtı keçmiş, heç bir effekti olmayan primitiv tədbir kimi qadağan olunurdu. Məsələn, belə dəyərsiz küçə yürüşlərinə “Venesuela pramida”sı deyilən, effect verməyən bir proqram misal çəkilirdi. Göstərilirdi ki, belə yürüş üçün 2002-ci ildə Karakasda keçirilən “Narkomaniyaya yox! – deyirik” – adlı yürüşə “Karakas Narkotik Maddələrə Qarşı Mübarizə və Tədbirlər Mərkəzi” 180 min ABŞ dolları xərcləyəcək. Yenə hər şey nəzarətsiz qalacaq.
Araşdırmalarımıza görə, narkotik maddələrə qarşı mübarizə taktikasında hər bir ölkənin, məsələ, Azərbaycının, Almaniyanın, Amerikanın, İranın, İsrailin, Fransanın, RF-nin, Yaponiyanın, Filippinin, İndoneziyanın… xüsusi xidmət orqanlarının bir-birindən fərqli proqramları var. Ən şəffaf proqram “Azərbaycan Proqramıdır”. Pentaqon generalı Kinq Ceyms: “Azərbaycan Proqramında dövlətdən heç nə oğurlanmır. Onun icraçıları öz vətənlərini sevənlərdir. Vaşinqton öz mübarizəsinin effektli nəticələri üçün narkotik maddələrin yayılmasına qarşı Xüsusi İdarənin əməkdaşlarının sayını 15 faiz artırıb (bu idarədə əvvəllər 500 nəfər çalışırdı). Məxfi qaydalarla Azərbaycanın Astara-Lənkəran və şimal bölgələrini, sərhəd zolaqlarını, narkoyolları və keçidləri araşdırmaqla, öyrənməklə məşğuldur. Məlumata görə, yeni yaranmış şöbədə Azərbaycan ərazisindəki narkokuryerlərin kartotekası tərtib edilir. Daha dəqiq desək, Amerika kəşfiyyatı Azərbaycanda narkobazarın əmsalını araşdırmaqla məşğuldur. Bunun üçün regionlarda rəsmi və qeyri-rəsmi terror hadisələrinin törədilməsində, xüsusən Qahirənin, Xartumi və Ər-Riyadm narkobazarlarına məxsus narkokuryerlər də iştirak edib. Həmin narkokuryerlərin bir neçəsi isə 2001-ci ilin avqust ayına İsrailin Hayfa və Nəhəriyyə şəhərlərində (Aralıq dənizi sahilləri) xüsusi “yəhudi məktəbləri”ndə olublar, Çünki narkobiznes beynəlxalq terrorizmin tərkib hissəsidir və onları bir-birindən ayırmaq mümkün deyil. Məlumata görə, hazırda MKİ-nin, eləcə də ABŞ Ədliyyə Nazirliyinin nəzdində yaradılmış Narkotikaya qarşı Mübarizə İdarəsi Cənubi Qafqaz və Orta Asiyada hökumət və dövlət strukturlarında formalaşmaqda olan narkokuryerlərin siyahısını tərtib edirlər. Şübhəsiz, bu cərgədə Azərbaycan da var.
Məsələn, Fransada nəşr olunan aylıq “Le Monde Diplomatique” (Paris) jurnalında iki il öncə politoloq Sedrik Quvemer qeyd edirdi ki, Pakistandan İrana daşman narkotik maddələrin böyük bir qismi Türkiyə və Azərbaycan istiqamətinə ötürülür. Politoloq S.Quvemer yazır: “…Dünya narkoticarətindən ildə 500 milyard dollar gəlir götürülür. Kabildə 1 kq opium üçün əfqan kəndlisinə cəmi 30 dollar verilir. Zahedanda isə (İranla sərhəd məntəqəsi – R. N.) 1 kq opium 100 dollar, Tehranda 600 dollar, Türkiyədə 2400 dollar, Şərqi Avropada 19 mindən 28 min dollar arasında satılır. Təbrizdə isə 1 kq opium 720 dollar, Culfada (İran) 850 dollar, Culfada (Azərbaycan) 1400 dollar edir…” (bizim araşdırmalarımıza görə isə, Ərdəbildə 1 kq opium 1640 dollar, Astarada (İran) 1700 dollara, Astarada (Azərbaycan) 1900 dollara, Germidə 1850 dollara, Cəlilabadda 2000 dollara, Biləsuvarda (İran) 1800 dollara, Biləsuvarda (Azərbaycan) 2010 dollara satılır… Heroin isə bahadır. 1 kq heroin Rumıniyada 65 avro, Polşada 95 avro, Bolqarıstanda 100 avro, RF-də 140 avro, Amerikada 280 avro, Almaniyada 270 avro, Fransada 310 avro, İngiltərədə 340 avro edir. Söhbət 1 qram heroindən gedir və dünyada istehsal olunan heroinin 93 faizi Avropada satılır).
Sərhəd zonalarındakı “narkobazar” Azərbaycan polisinin hədəfində
Fransa politoloqu S.Quvemer narkokuryerlərin iş rejimindən danışarkən, onu iki hissəyə ayırır və göstərir ki, narkokuryer narkomafiyada əsas faktorlardan biridir. Məlumata görə, Cənubi Qafqaz regionlarının hər birində (əslində MDB ölkələrinin hər birində) narkokuryer məktəbləri var. Bu məktəblər əsasən sərhəd məntəqələrinə yaxın olan kəndlərdə – xüsusi və qapalı evlərdə qurulur. On beş günlük təlim üçün narkokuryerdən tələb olunan şərtlər:
- Düzgünlük, hökumət və dövlət strukturları ilə əlaqələr qurmaq.
- Çeviklik və cəldlik. Sərhəd məntəqələrində, keçid zolaqlarında əlaqələr qurmaq.
- Operativlik. Baş verəcək hadisədən düzgün nəticə çıxarmaq.
- Kommunikasiya vasitələrindən istifadə etmək qaydaları.
- Coğrafi mühitə bələd olmaq və düşəcəyi ərazinin, əhalisinin dilini, adət-ənənəsini bilmək.
Araşdırmalarımıza görə, İranın Kəleybər, Culfa, Pirsaat, Germi, Biləsuvar… yaşayış məntəqələrində 28 narkokuryer məktəbi fəaliyyət göstərir. Bu narkokuryer məktəblərində Azərbaycanın sərhəd məntəqələrindən gedib, “təhsil ,alan”lar var. Məlumata görə, həmin təlim mərkəzlərinə hər il 18-25 nəfər Azərbaycan tərəfindən təhsil almaq üçün gedir. Sərhəd zonalarında hər beş kənddən üçündə artıq “narkobazar” var. Bu narkobazarlar ya fərdi qaydada, ya da ailə çərçivəsində fəaliyyət göstərir.
Narkotik maddələrin əkilməsinə, satılmasına, yayılmasına qarşı cənub bölgələrində hələlik profilaktiki heç bir iş görülmür. Çünki proqram yoxdur. Halbuki RF-də, Qazaxıstanda, İtaliyada, ABŞ-da Avstraliyada, Hollandiyada, Almaniyada… kəşfiyyat xidmətlərinin bu istiqamətdə xüsusi strateji proqramları var. Şübhəsiz, bu proqramlar da profilaktiki tədbirlərdə heç bir nəticə vermir. Məsələn, 200o-ci ildə RF-də 5 milyon nəfər narkoazara tutulmuşdusa, 2022-ci ilin yanvar məlumatına görə, bu rəqəm 11 milyon nəfərdi. Qeyd olunur ki, XXI əsrin birinci 20 ilində RF-də “iynəyə oturan”ların sayı 50 milyon nəfər olacaq. Bu, ekspertlərin rəyidir. Əgər 1996-cı ildə RF-in 14 subyektində heroin bazan işləyirdisə, indi ölkənin elə bir subyekti yoxdur ki, orada heroin satılmasın, “materialın” 22 faizi Qafqaz regionlarından, 78 faizi isə Orta Asiya respublikalarından apanlır. Orta Asiya ərazilərinə heroin və opium bir qayda olaraq Əfqanıstandan ötürülür. Məsələn, əgər 1998-ci ildə Əfqanıstan 300 min ton opium istehsal edirdisə, 1999-cu ildə bu rəqəm 450 min ton, 2000-ci ildə 700 min ton, 2003-cü ildə isə 895 min ton 2004-cü ildə 956 min ton, 2022-ci ildə 984 min ton olub.
Moskvada nəşr olunan “Независимое военное обозрение” jurnalı dördüncü nömrəsində yazır: “..71 грам героина – это 20 или даже 40 доз; чтобы сделать человека наркозависимым, достаточно принять 3-4 дозы…”.
“Kolumbiya kəpənəkləri” narkobiznesdə
Məlumata görə, bu gün beynəlxalq terror təşkilatlarında 280 ton heroin var. BMT-nin dörd il bundan qabaq yazdığı hesabatda qeyd olunur ki, dünyada 8 milyon adam heroin azarına tutulub. 13,3 milyon nəfər kokain, 141,2 milyon nəfər marixuana, 280 milyon nəfər isə sintetik narko-tiklərin, 340 milyon nəfər isə psixotrop həblərin bəla-sına gəlib. Ərazilər kimi rəqəmlər də dəyişib. Məsələn, əgər 2000-ci ildə beynəlxalq narkotranzit yolu altı idisə, bu tranzit yollarının sayı hələlik 24-ə çatıb. Bu gün dünyada 19 milyon nəfər heroin qəbul edir. 28 milyon nəfər kokain, 264 milyon nəfər ma¬rixuana, 410 milyon nəfər sintetik narkotik xəstəliyindən əziyyət çəkir. Narkotika artıq dünyada metastaz verib.
Bütün bu qeydlər göstərir ki, narkotikaya qarşı profilaktiki proqramlar düzgün hazırlanmır.
Məsələn, ötən illərin aprel-may aylarında Cəlilabad, Lerik, Daşkəsən meşələrində baş verən yanğınların səbəbi ümumi də olsa, açıqlanmadı. Araşdırmalarımıza görə, hələ də müməmah qalan meşə yanğınlarında qeyri-qanuni əkilən narkotik maddələrin əkin sahələri od tutub yanıb. Məsələn, Daşkəsənin Mollahəsənli, Dəstəfiır, Əhmədli, Quşçu körpüsü ərazilərindən xaş-xaş tüstüsünün iyi hələ də getməyib. Lerikin Cəngəmiran, Noda, Cəlilabadın Sadatlı, Kövüzbulaq, Şatırlı meşələrində həm köhnədən qalma, həm də yeni boy atan narkotika platasiyalarının (məlumata görə, onların ümumi həcmi 350 hektarı keçir) yandırılması, alova bürünməsi də maraq doğurmaya bilmir.
Azərbaycan meşələrini bürüyən “Amerika kəpənəkləri” haqqında məlumatlarımızı araşdıraq. Əslində narkobiznesdə buna “Kolumbiya kəpənəkləri” deyirlər (amerikalı araşdırıcı, kəşfiyyat polkovniki Edvard Koll). Məlumata görə, “Kolumbiya kəpənəkləri” adətən narkoplantasiyalarda meydana gəlir.
1969-cu ildə tapılıb. MKİ-nin ekspertləri ona “Kolumbiya gümüşü” deyirlər. 1982-ci ildən bu kəpənəklər “Kolumbiya kəpənəkləri” adlanıb. 1988-ci ildə Amerika meşələrində tapılarkən ona “Amerika kəpənəkləri” də deyildi. Əsasən xaş-xaşın (çətənənin) 13 günlük yarpağının altında və narkoplantasiyaya yaxın, çox da hündür olmayan ağacların budaqlarında yatır. Xaş-xaş kollarını və yaşıl budaqları zədələyib qurudur.
Kolumbiya narkobaronları plantasiyalarda bu kəpənəkləri məhv etmək üçün xüsusi preparatlardan (“SR-4 P-21” və “FD2 X-16” preparatları) istifadə edirlər. Bu dərmanlar isə xüsusi laboratoriyalarda hazırlanır. Kəpənəyin uzunluğu isə 12 sm-dən (şəraitə və iqlimə uyğun) 8 sm-dəkdir.
Tərkibində ağacları, gül kollarını məhv edib sıradan çıxaran 0,1 mq zəhər var. Meşəbəyilər həmin kəpənəkləri toplayıb yandırırlar. Maraqlıdır ki, kəpənəklər elə meşənin içərisində yandırılır. Polkovnik kimyaçı E.Koll isə yazır: “Kolumbiya kəpənəklərini ağaclara və gül kollarına yaxın ərazilərdə yandırmaq olmaz. Onun tüstüsü 40-80 metr radiusda bütün canlılara təsir edir…”
Qusar-Balakən zonasında isə bir il ərzində
119 nəfər narkoazardan ölür
Araşdırmalarımıza görə, Azərbaycanda narkotik maddələrin yayılması və satışı üçün kurort ərazilərdə narkoplantasiyaların salınması üçün bir sıra xarici dövlətlərin, fond və təşkilatların xüsusi proqramları var. Bizlər isə çox vaxt həmin eybəcər proqramların – genefondumuza qarşı işlənmiş həmin xəyanət dolu layihələrin icraçısına çevrilirik. Azərbaycanda geniş qol-qanad açan, bəzi qəzet və jurnalların “vicdanlarını” satın alan, maliyyələşdirən, teleproqramları zəbt edən, alimlərimizin, ziyalılarımızın beyinlərinə və ürəklərinə “yəhudi möhürü” vuran yəhudi balası Corc Soros fondunun məxfi proqramlarından biri də 1998-1999-ci illərdə (?) hazırlanmış 63 səhifəlik üç müxtəlif “Narkotika ilə bağlı siyasət” proqramlarıdır. Milliyyətcə yəhudi olan Corc Sorosun narkotika ilə bağlı siyasət proqrmı ilk dəfə RF-də açıldı. RF FTX-nin əməkdaşları, ekspertləri və bu proqramın bir qrup icraçısını həbs etdilər. Rusiyanın kəşfiyyat hesabatlarında göstərilir ki, Corc Sorosun bu proqramı MDB ölkələri üçün də geniş nəzərlə tutulub. Hesabatı təhlil edən rus politoloqu Sergey Teleşi “Совесткая Россия” qəzetində yazır: “…деятельность Сороса напревлена не только Россию, его установки принципиальны, он – агент правительства миравого, а не регионального. Сорос основа и финансирует желую систему фондов и организаций выступающих за механизацию наркотиков. Наиболее известыны его фонд “Политика в отнощении наркотиков”… В перехсивающей бедствие России “открыть” молодежи свободний доступ к наркотикам означает геноцид, викашиваные жлеых поколений…”
Məlumata görə, artıq Azərbaycanı cənab Sorosun (bu bədnam layihəsi 2025-ci ilədək davam edəcək) belə bir narkosiyasəti bürüyüb və bu siyasəti azərbaycanlı sorosçular ali məktəblərdə, elmi-tədqiqat mərkəzlərində, xəstəxana və poliklinikalarda… aldıqları qrant hesabına layihə şəklində icra edirlər. Corc Soros Fondunun Cənubi Qafqazda özünün narkokuryerləri var və bu narkokuryerlərin bəzilərinin sorağı İrandan gəlir…
Araşdırmalarımıza görə, profilaktik tədbirlər aparılmadığından narkomanların ölüm sayı da ildən-ilə artır. Hələlik tam rəqəm demək mümkün deyil. Lakin əldə etdiyimiz sorğuların nəticələrinə görə, Lənkəran-Astara zonasında narkoxərçəngdən ölənlərin sayı bu gün 6,5 dəfə artıb. Qusar-Balakən zonasında isə orta hesabla bir il ərzində 119 nəfər narkoazardan ölür.
Fikrimizcə, Azərbaycanda narkotik maddələrin əkilməsi, satışı və yayılması istiqamətində fəaliyyət göstərən bütün qurumlar ləğv edilməli, tam yeni tərkibdə və yeni sistemdə müstəqil bir, məsələn, “Milli komissiya” və yaxud Komitə yaradılmalıdır. Bu istiqamətdə Analitik İnformasiya Mərkəzi fəaliyyət göstərməli, primitiv və adam aldadan proqramlardan, layihələrdən imtina olunmalıdır. Narkotikaya zənnimizcə, ancaq qabaqlayıcı kəşfiyyat informasiyaları və məlumatları ilə qalib gəlmək mümkünlür. İnformasiyasız heç bir profilaktik əməldən, işdən söz gedə bilməz.
Dünya praktikasında belə bir qanun var: narkomafiya polis gülləsindən və ordu mərmisndən çox, informasiyadan ehtiyat edir. Çünki açılan və təhlil olunan bütün informasiyaların arxasında bir ucu hökumət və dövlət strukturlarında bənd alan mənbə var.
Nəfslə yalan arasında…
Rəsmi sənədlər göstərir ki, XVII əsrin son iyirmi ilində Avropanın demək olar ki, yarıdan çoxu “Edenburq fəlsəfəsi” (Şotlandiya) ilə nəfəs alıb. Tezislərinə görə bu fəlsəfə həyatda baş verənlərin sadəcə, nəticələrilə kifayətlənib. Səbəblər araşdırılmayıb. Nəticədə insanlığı alçaldan, onun şərəf və ləyaqətini təqib edən, həyatından sıyırıb çıxaran… “Edenburq fəlsəfəsi”lə hamı razılaşmalı olub. Sonra bu eybəcər fəlsəfəni almanlar “Fridrix fəlsəfəsi” kimi öyrəndilər. Hitleri məğlub edən də elə bu fəlsəfənin tezisləri idi (o, baş verən məğlubiyyətinin səbəblərini araşdırmır, nəticələrlə kifayətlənirdi). Maraqlıdır ki, bu fəlsəfənin tezisləri neft Bakısında – Azərbaycanda da müşahidə olunurdu. Amma bu tezisləri, fikir və mülahizələri qəbul etməyənlərdən biri nə qədər maraqlı da olsa, Hacı Zeynalabdin Tağıyev idi. Hacını hüquq idarələrində, Bakı kəndlərində, neft quyularında baş verənlərin nəticələrindən daha çox səbəbləri maraqlandırırdı. Xarici iş adamları, yerli sahibkarlar ona irad tuturdular ki, dərinə getməsin. Hacı isə iddia edirdi ki, öyrənsin, məsələn, neftçi Qulaməli nədən öldü? Neft quyusunda yanğın nədən oldu? Nədən camaat gileylidir? Nardaranlı Möhsüm kişinin uşaqlan niyə işləmir? Maştağalı Balasadığm oğlanları nədən Urisyətə (Rusiyaya) gedib? Aləmi başına götürüb gedən vərəmi “yıxmaq” üçün nə etmək olar?
Hacının 21 səhifədən ibarət “Nöyütlə bağlı” tapşırığı olub və bu tapşırığı da Qədirzadə adlı bir mühəndis qələmə alıb. Məlumata görə, Hacının “Nöyüt fəlsəfəsi” (belə demək mümkünsə) Rusiya Xarici İşlər Nazirliyinin arxivinə “atılıb”. Hacı bu 21 səhifəlik deyimində məsləhət bilirdi ki, ətrafımızda baş verənlərin nəticələrindən daha çox, onun səbəblərini öyrənək. Çünki səbəbləri öyrənmədən sakit və dinc yaşamaq, oxumaq, dincəlmək… mümkün olan məsələ deyil.
Azərbaycanda bu gün səbəbləri araşdıran, təsdiq edən, öyrənən… 128 mərkəz, şöbə, idarə, bölmə… ləğv olunub, dağılıb və bütün bunların da təqribən 109-u o vaxt strateji, siyasi, hərbi mərkəz kimi həm daxildə və həm də xaricdə “xüsusi siyahılar”da idi. Hesablamalara görə, bu mərkəzlərdə 1988-ci ildən 2021-ci ilədək 47 min nadir kitab nüsxələri, əlyazmalar, 81 min metr kinolent, sayı-dəyəri hələlik hesablanmayan qədim əşyalar, tapıntılar… dağıdılıb viran qaldı (biz hələ işğal olunmuş DQ ərazilərini saymırıq)… Nədən? Səbəb göstərin… Səbəb isə açılmırdı.
Hamıya Şərqdə geniş yayılmış “Canavar imkanı” deyilən bir imkan verilmişdi və bu imkanın 12 tezisindən 9-u elə “Canavar imkanı” kimi tanınan və əsasən neft ölkələrində geniş yayılmış “fəlsəfə” ilə üst-üstə düşürdü. Məsələn, hələ 2002-ci il iyulun 16-da əbədi-liderimiz, mərhum Heydər Əliyev ətrafındakı məmurların “Canavar imkanlarına qarşı belə bir xəbərdarlıq edir: “…Məndən soruşacaqlar: cənab prezident! Bu neft milyardları hara gedir?..” ABŞ politoloqu cənab Pol Qobi isə “The Washinqton Post” qəzetinin 2000-ci il 14 dekabr sayında Azərbaycan müxalifətinə qarşı iradını bildirir: “Partiyanız üçün ayrılmış qrantları öz məsrəflərinizə sərf etdiniz. Sizin fəlsəfəniz (oxu “canavar imkanı”) və dumanlı idrakınız başınıza bəla oldu… Mənim nəzərimdə ayrılmış qrantları özləri üçün xərcləyənlər… ən başlıcası Vətən xainidirlər…”
Hər il təqribən 30 nəfər nəfsindən, bir o qədər də yalanın “…təsirindən” ölür
Araşdırmalarımıza görə, Azərbaycanda baş verən hadisələrin səbəbləri təhlil edilmir. Səbəbsiz isə heç bir nəticə yoxdur. Məsələn, orta hesabla bir il ərzində Moskvada 7 milyon, Tbilisidə 480 min, Yerevanda 940 min, Ankarada 5,8 milyon, Tehranda 4 milyon 380 min… və nəhayət, Bakıda 1 milyon 112 min irili-xırdalı, insanın mənəvi-psixoloji durumuna təsir edən, onu dəyişən, əxlaqında və gen kodlarında iz buraxan hadisə baş verir. Akademik, general A.D.Pavlovun fikrincə, məsələn, Moskvada baş verən hadisələrə səbəb qanun boşluğu, yəni qanunların işləməməsi, etinasızlıq və səhlənkarlıqdır. Tbilisidə isə səbəb iflasa və depressiyaya uğramış “knyaz əxlaqf’dır. Yerevanda mənəvi-əxlaqi naqislik, Bakıda isə nəfs və yalanların meydan sulamasıdır. Azərbaycanda hamıda az və ya çox dərəcədə “Canavar imkanı” var. Yəni qanunları yazanlarda da bu imkan var, onu icra edənlərdə də. Müəllimdə də bu imkan var, demokratik prinsip və islahatlardan deyilən mühazirə və çıxışlara qulaq asan tələbədə də. Əlindəki dəyənəyi havaya qaldıran polisdə də bu imkan var, dəyənək altında əzilən mitinqçidə də… İqtidarda da bu imkan var, müxalifətdə də.
“Canavar imkanı”na görə nəfs və yalan üzərində qurulan və yaxud bu iki “taktiki gediş”in arasında qalan cəmiyyətdə, dövlətdə, ailədə heç bir demokratik prinsipdən danışmağa dəyməz. Məsələn, siyasi məsələləri təhlil edən Səlamulla Şirazi (İran) “Canavar imkanı”na nəzər salarkən qeyd edir: “…Mən nəfslə yalan arasında qaldığım üçün bu əziyyət içindəyəm. Amma nə yaxşı ki, bu ölüm varmış (Allah necə gözəl Allahdır). Bu ölüm məsələsi olmasaydı, dünya yanardı: həm mənəvi cəhətdən yanardı, sönməzdi, həm də psixoloji cəhətdən… Adamların nəfslərinə nökər olanların taleyi qəribə olur. Belə adamlar həmişə qorxunun içində giriftar olur. Həqiqət deyirsən, inanmır. Allahdan, peyğəmbərdən, imamdan… misal çəkirsən, inanmır. Yalana isə inanırlar. Bir baxıb görəsiz ki, onlar yalana necə inanırlar?!. Ya Allah, bu adamlar yalana niyə inanırlar? Hökuməti, islamı, dövləti… niyə aldadırlar?.. Allah İran parlamentini, İran hökumətini – dövlətini, İranın başında duranları “canavar imkam”ndan qorusun… Allah məni nəfslə yalan arasından çıxarıb, həqiqətə qovuşdursun. Mən belə zindanda (nəfslə yalan arasındakı mühit) düşünə bilmirəm…”
İranlı siyasətçi S.Şirazi maraqlı bir məsələyə də toxunur. Qeyd edir ki, doğulduğu Germidə (alim Germidə fars ailəsində doğulub. İki yaşında Şiraza gedib. “Şirazi” təxəllüsünü götürüb) hər il təqribən 30 nəfər nəfsindən, bir o qədər də yalanın” “…təsirindən” ölür.
Araşdırmalarımıza görə, belə bir məsələ Azərbaycan regionlarında da müşahidə edilir. Məsələn, Bakıda, Lənkəranda, Sumqayıtda, Gəncədə, Şəmkirdə… nəfs və yalan qeydiyyatı olmayan “xəstəlik” kimi qəbul olunur. Qandan və gendən gələn bu bəlanın vaksinləri və profilaktikası da yoxdur. Nəticədə ictimai bəla kimi formalaşan nəfs və yalan bir çox mətləblərin həllində həm qərar çıxarır, həm də hökm verir.
“Nəfslə idarə olunan dövlət, cəmiyyət və ailə, yalanla qurulan hakimiyyət… məhv olmuş kimidir, diriykən ölüdür…”
Məlumata görə, XI əsrdə Şərq ölkələrinin bir qismində (əsasən Misirdə, İranda, İraqda…) nəfsdən və yalanın təsirindən ölənlər üçün xüsusi kiçik qəbiristanlıqlar sahnıb. Belə qəbiristanlıqların sayı XII əsrin əvəllərində yaşamış filosof Xani Əl Cəfər – Müslümün qələmə aldığı “Möminlər üçün 102 dua…” adlı kitabında xatırladır ki, yer üzündə cəmi 16 məmləkətdə belə “xüsusi qəbiristanlıqlar salınıb… Sonra nəfs və yalan çoxaldıqca həmin qəbirlərin sayı azaldı və o biri qəbirlərə qarışdı. Vaxt, zaman keçdikcə, daha heç kəs ayırd edə bilmədi ki, “nəfsə qurban gedən” kimdi, “yalana qurban gedən” kim…
İsveçrədəki Beynəlxalq Tədqiqatlar Mərkəzi Cənubi Qafqazda və Orta Asiyada prezident fərmanlarına, hökumət sərəncamlarına münasibəti təhlil edərkən belə bir qənaətə gəlir ki, regionlardakı güclü yalan və nəfs məsələləri (alimlər “nəfs” məsələsini rüşvət, oğurluq… kimi araşdırırlar – R. N.) imkan vermir ki, ideyalar, məqsədlər… reallaşsın. Məsələn, araşdırıcı Anton Lundqren iddia edir ki, regionlarda qurulan “xəlvəti iqtisadiyyat” m (“kölgə iqtisadiyyatı ” – R. N.) əsaslarını da nəfs və yalan təşkil edir (fikrimizcə, “nəfs ” səbəbdir, “yalan ” da nəticə – R. N.).
Politoloqun fikrincə, məsələn, Azərbaycandakı nazirliklərin, idarə, departament və şirkətlərin strukturlrmda, maliyyə-bank sistemlərində, qarşılıqlı münasibətlərdə, qanunların işlənməsində və icrasında, diplomatik sənədlərdə… nəfs və yalanı tənzimləyən heç bir şey yoxdur. Məsələn, ABŞ-da, İngiltərədə, Fransada, RF-də, Almaniyada, İtaliyada… nəfslə yalanı tənzimləyən xüsusi məxfi proqramlar işlənilir. Çünki nəfs və yalana qalib gəlmək mümkün deyil. Yəni bu iki bəlanı dəf etmək üçün elə bir mexanizm yoxdur. Məsələn, ABŞ xüsusi xidmət orqanlarının Azərbaycandan yığdıqları materialların, informasiya və məlumatların 86 faizi özünü doğrultmayıb. Demək, ABŞ cəmi 14 faiz məlumatla Azərbaycana diqqət yetirir. Günaha (yəni səbəbə) gəlincə, Vaşinqton bunun kökünü korrupsiyada və rüşvətdə, satqınlıqda və yalanda, “çirkli pullar”a aludəçilikdə axtarır (amma maraqlıdır, Milli Bank iddia edir ki, Azərbaycanda “çirkli pul” yoxdur, bütün pullar “təmizdir”… Biz bu yalana fakt və sənədlərlə qayıdacağıq).
Qəbirlər və qəbiristanlıqlar da İran narkokuryerlərinin əlinə keçib
Araşdırmalarımıza görə, Azərbaycanın beş nazirliyində…
dövlət daxilində “dövlət” qurulub. Yəni bir müstəqil Azərbaycanın tərkibində beş kiçik (lakin imkanları böyük olan) dövlət fəaliyyətdədir. Onlar birləşə bilmirlər. Çünki hər
birinin iddiasında hökmranlıq və azadlıq var. Həmçinin bu
kiçik dövlətlərin hər birinin özünə məxsus insan resursları,
potensial imkanları, bağlı maliyyə sistemləri… mövcuddur.
Maraqlısı odur ki, elə bunlar da yalanla nəfsin arasında giriftar qalıb. Çünki dövlət həcmində yalanı da bunlar yaradıblar, nəfsi də…
Məlumata görə, Azərbaycan mühitində formalaşan “kölgə iqtisadiyyatı” qurucularının xarici ölkələrə çıxa biləcək güclü elektron poçtları, şifrələnmiş kod nömrələri, məxfi rabitə və digər kommunikasiya əlaqələri var. Məsələn, təkcə elektron poçtlarının bir aylıq xərci 50 min dollar həcmindədir və bütün bu kommunikasiya sisteminin də tam təhlükəsizliyi təmin edilib. Biz bunu təbii qəbul edirik.
Azərbaycanın iqtisadi və bank-maliyyə qurumlarını araşdıran amerikalı politoloq F.Uisner “Baltimore Sun” (ABŞ) informasiya qəzetinə açıqlamasında qeyd edir: “..Azərbaycanda “kölgə iqtisadiyyatı”nm öz proqramı… tezisləri var. Bu, bir neçə mərhələdə özünü göstərir. “Varlanmaq və dövlətin bütün qanunverici və idarəedici orqanlarına soxulmaq” fikri strateji məsələ kimi “kölgə iqtisadiyyatı” qurucularının ilkin məqsədi hesab olunur.. Böyük siyasət aləminin liderlərindən hesab etdiyim Heydər Əliyevin qurduğu dövlətin tərkibində bilavasitə “kölgə iqtisadiyyatf’na yardımçı olanlar və onu quranlar var… Cənab Əliyevin zamanında onların qorxu əmsah çox və hərəkət dairələri də məhdud idi… Cavan Əliyev onlara dəymədi, toxunmadı. Hörmət və ehtiram əlaməti olaraq, onlara toxunmadı. Halbuki dünya praktikası var və bu, qəbul olunmuş praktikadır… Cənab H.Əliyevin vəfatından sonra hər kəs düşünüb-daşınmalı və “sakit ərizə”lərlə istefa verməli idi. Bunu isə heç kəs etmədi…”
Politoloq respublikadakı “kölgə iqtisadiyyatı”nın yaranma və böyümə səbəblərini də elə bunda görür. O, hətta qonşu RF-dəki kadr islahatını misal çəkir. Araşdırmalarımıza görə, “kölgə iqtisadiyyatı”nın hər ay vurduğu maddi və mənəvi ziyanın miqdarı artır. Məsələn, yanvar ayında (söhbət 2004-cü ildən gedir) ümumilikdə ölkə iqtisadiyyatına 1 milyard 200 milyon ziyan dəyib. Mənəvi ziyana gəlincə, fikir verin:
- a) hər ay ölkədən antikvar cərgəsində dayanan 47 metr çox qiymətli qədim xalça növü, 250 səhifəlik qədim əlyazma, 6 qədim rəsm əsəri, 73 nəfər qadın və qız (onların 80 nəfəri illərlə qayıtmır)… və s. dünyanın “qara bazar”larına çıxarılır.
Azərbaycan nəfslə yalan arasında qaldığından onun müdriklərə, dünya malında gözü olmayanlara, “millət” və “vətən” anlayışını uca tutanlara ehtiyacı var. Mən “ehtiyac” dedim. Çünki ehtiyacı da yaradan elə “kölgə iqtisadiyyatı”dır.
Təəssüf ki, bu gün bəzi qəbirlərimiz də elə nəfslə yalan arasındadır…
Yenicə çap olunmuş bu kitablarda qəhrəman, mərd və igid Azərbaycan polisinin düşmənə-narkotikaya, terror qruplarına qarşı mübarizə taktikası və strategiyası əks olunur.
Rövşən Novruzoğlu