Azərbaycan qazı Şimali Avropaya çatdı

Azərbaycan qazı Şimali Avropaya çatdı

Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə İtaliyaya tədarük olunan qazın 60-70 miyon kubmetri Şimali Avropaya nəql edilib.

 

Modern.az-ın məlumatına görə, bunu TAP konsorsiumunun icraçı direktoru Luka Skyeppati deyib.

O bildirib ki, bu həcm böyük olmasa da, vacib məqamı əks etdirir. L.Skyeppati əlavə edib ki, İtaliya ilə Şimali Avropa arasında qaz qiymətlərinin fərqi əhəmiyyətli dərəcədə azalıb.

Qeyd edək ki, TAP vasitəsilə 2020-ci ilin dekabrında nəqlin başlamasından sonra bu günədək 1 milyard kubmetr qaz tədarük olunub.

Share: