Pakistanın “Pakistan LNG Limited” dövlət şirkəti Azərbaycan dövlət neft şirkəti SOCAR-dan sıxılmış qaz almaq barədə danışıqlar aparır. virtualaz.org xəbər verir ki, bu barədə Pakistan rəsmi qaynaqları “Assosiated press” agentliyinə bildirib. Danışıqlar ötən il Pakistanla Azərbaycan arasında imzalanmış hökumətlərarası razılaşmaya əsaslanır.
Mənbələr bildiriblər ki, Pakistan Nazirlər Kabinetinin razılığı ilə “Pakistan LNG Limited” şirkəti ilə SOCAR arasında sıxılmış qazın alqı-satqı müqavilə qiymətini müəyyən etmək üçün xüsusi qiymət komitəsi yaradılıb.
Pakistan tərəfdən komitəyə dövlət neft şirkəti PSOCL, “Pakistan LNG Limited”, “Pakistan LNG Terminal Limited” şirkətlərinin nümayəndələri daxil edilib. Azərbaycan tərəfdən isə danışıqları SOCAR aparır.
Müstəqil.Az