Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiyanı 22,5 faiz bəndi qabaqlayır

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiyanı 22,5 faiz bəndi qabaqlayır

Azərbaycan qazlaşma göstəricisi üzrə Rusiyanı 22,5 faiz bəndi qabaqlayır

Rusiyada qazlaşma səviyyəsi 2023-ci ilin nəticələrinə görə 73,8% təşkil edib.

“-Economics”in verdiyi xəbərə görə, bu barədə Rusiya Baş nazirinin müavini Aleksandr Novak “Enerji Siyasəti” jurnalı üçün məqaləsində bildirib.

Qeyd etmək lazımdır ki, 2022-ci ilin nəticələrinə görə, bu göstərici 73% təşkil edir. Beləliklə, illik müqayisədə Rusiyada qazlaşma səviyyəsi 0,8 faiz bəndi artıb.

Məqalədə bildirir ki, qeyd olunan göstəricini 83%-ə çatdırmaq məqsədi qoyulub.

Qeyd edək ki, Azərbaycanda qazlaşma səviyyəsi 96,3% üzərindədir, beləliklə də ölkəmiz bu göstərici üzrə Rusiyanı təqribən 22,5 faiz bəndi qabaqlayır.

Share: