Karvan
Noyabr ayının birində Rus evi qalereyasında rəssam İlqar Əkbərovun fərdi sərgisi baş tutdu.
İlqar Müəllim İncəsənət Qimnazıyasında mənim müəllim həmkarımdır.Hər dəfə Qimnazıya dəhlizində gülərüzüylə salamlaşan doğma bir insandır İlqar müəllim.
Bu gün isə mən onu başqa bir baxışdan sənətkar və ailə başçısı kimi tanıdım.Gözəl xanımı,ağıllı övladları,şipşirin nəvəsiylə.İlqar bəyin qonaqları İncəsənət Qimmazıyasının müəllimləri,şagirdləri,tanınmış rəssamlar,musiqiçilər idi.Tədbiri klassik musiqi müşayət edirdi.
Hər şeydən əvvəl rəssamın işlərinə baxmağa başladım.Həmkarım rejissor Sədaqət Maarif İlqar bəyin rəsmlərində Səttar Bəhlulzadə ruhunun olduğunu söylədi.Təsdiqlədim.Onun rənglər dünyası klassik rəssamlıq məktəbinin davamıdır düşündüm .Azərbaycan təbiəti,Çayları,süsən çiçəkləri,qürub,balıqlar,dəniz motivləri Onun yaradıcılığının ana xəttidir.Rəssamın Zəvvar əsəri məni düşündürdü.Zəvvar ayrılıq və ümid dolu dünyası olan insandır.Fikrimdən Zəvvar kitabımın yeni nəşrində bu rəsmi üz qabığı kimi istifadə edə biləcəyim də keçdi.Rəsm dünyası, isti rənglər sərgidə içtirak edən hər bir kəsi valeh etmişdi.Bu əl zəhməti,göz nuru olan əl işlərinə Karvan adını yaraşdırdım.Onun karvan əsəri,bu rəngli tabloların axını kimi idi.Ta uşaq çağımdan Soltan Hacıbəyovun Karvan əsərini dinləyərkən gözümün önünə zınqırovlu dəvələr gələndə hiss etmişdim,həyat məni İncəsənətin hansısa növüylə mütləq bağlayacaq.Yalnız o vaxt bizim bu dərəcədə incəsənət aşıqı müəllimlərimiz yox idi.İlqar müəllim öz şagirdlərini unutmadan, sərgisində onların da işlərini nümayiş etdirdi.Bu da bir müəllim üçün ən şərəfli işdir düşündüm.Müəllimlərinin istedadından pay alan balacalar da bu gün ilk sərgilərindən,tanınmış rəssamlardan diplom və təltiflər almağın sevincini yaşayırdılar.Rəssamın Karvan,Səyyah,zəvvar əsərləri bir birinin davamıdır.Silsilə rəsmlər insanı ipisti çöllərə götürür.Onun təbiət təsvirləri isə Sıx meşələrin gözəlliyini,çayların,dənizin ,neft buruğlarını xatırladır.Hər rəssamın öz dünyası,öz rənglər dünyası var.İlqar müəllim real həyatın rənglərlə ifadəsini yüksək formada bizə çatdırır.Bütün bu rəsmlərin altında onun gözəlliklər yaradan mehriban üzü dayanır.Çəhrayı dağlar əsərində uzaqdan işaran çəhrayı dağlar insan ürəyində yaranan məhəbbətə ümidi əks etdirir.İlqar Bəyə yeni uğur və nailiyyətlər arzu edib yola düşdüm.Bakının işıqları,gözəlliyi.Bakı gecəsinin sakitliyində addımlayıb sanki Sərginin təsiri altında davamını seyr etdim.
Rəssamıar bizim gördüyümüz real həyatın daxili gözəlliyini dilə gətirən sehrbazlardlr.Sehrə düşəni də var düşməyəni də.Biz həmin gün o sehrin içində xoşbəxtlik tapdıq.Sənətçiyə bundan da gözəl rənglər və təntənələr arzu edirəm.İncəsənət dünyanın ən sığınacağ yeridir.İndi müharibələrin meydan oxuduğu bir dövürdə yeganə təsəllimizdir.
Aysel Fikrət