Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti Mehriban xanım Əliyevaya
Surəti: Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab Tahir Budaqov
Çox hörmətli cənab Prezident!
Növbəti müraciətimdə yazıb sizə bildirirəm ki, mən sizə mənə qarşı olan ədalətsizliklər, haqsızlıqlar, qərəzli hərəkətlər barədə 40 dəfə müraciət etmişəm. Lakin heç birinə nə müsbət, nə də mənfi cavab almamışam. Bu da ondan irəli gəlir ki, Prezident Aparatının bir qrup məsul işçiləri, başda Süleyman İsmayılov olmaqla ölkə vətəndaşlarının ərizə və şikayətlərinə çox etinasız yanaşır. Əsl həqiqətləri sizdən gizlədirlər. Buda tək məni yox, bütün əhalini süni olaraq sizdən narazı salmaqdır. Ona görə də bu dəfə qərara aldım ki, YAP-ın veteranı kimi, YAP-ın cəfakeşi kimi Heydər Əliyev ideyalarını ölkədə və ölkədən xaricdə bir nömrəli alovlu təbliğatçısı kimi növbəti müraciətimi YAP-ın idarə heyyətinə şəxsən YAP-sədrinin müavini cənab Tahir Budaqova ünvanlayım. Bəlkə Tahir müəllim özündə cəsarət tapıb mənim başıma gələn müsibətləri sizə açıq şəkildə məruzə edə. Çünki, mən 28 ildir ki. YAP-a şərəflə, vicdanla qulluq etmişəm bu gün də edirəm. Amma buna baxmayaraq il yarımdır ki, məni, tanınmış bir əməkdar müəllimi, tanınmış bir şairi 65 yaşla bağlı SOROS-a xidmət edən, qatı SOROS-çu, əsgəri xidmətdə olmayan, adi vətən borcunu yerinə yetirməyən, ixtisasca kənd təsərrüfat mütəxəssisi, dövlətə və dövlətçiliyə xidmət etməkdən uzaq olan, bu gün də Gəncə və Gəncəbasarda öz əlaltıları ilə birlikdə Heydər Əliyevin və onun yaratdığı YAP-ın əleyhinə açıq-aşkar təbliğat aparan, təhsildən, məktəbdən, müəllimdən xəbəri olmayan, hansısa qaranlıq yollarla bu gün Gəncə Regional Təhsil İdarəsinə müdir təyin edilən Anar Qədiməliyevin qərəzli şəkildə mənim barədə yazmış olduğu saxta təqdimat əsasında Təhsil Naziri Emin Əmrullayev düşünülmüş formada məni işimdən kənarlaşdırdılar. Ancaq mənim bu məsələ ilə bağlı heç bir etirazım yoxdur. Mənə təsir edən, məni yandıran bir odur ki, məni 65 yaşla bağlı dərhal işdən azad etdilər, amma Gəncədə digər məktəb direktoru, məndən qat-qat aşağı səviyyədə olan, heç bir titulu mənə çatmayan Bəhram İmranovu bu günə kimi işdə saxlayırlar. Hələ üstəlik ölkədə 300-ə yaxın yaşları 75-85 olan adi məktəb direktorlarını işdə saxlayırlar. Bu iş adi bir hala çevirilib. Təhsil naziri Emin Əmrullayev öz komandası ilə birgə kim yuxarıdan tapşırılır və ya rüşvət verir həmin adamları saxlayırlar. Mənim kimi rüşvət verməyən və tapşırılmayan məktəb direktorları və ya siravi müəllimlər dərhal işdən çıxarılırlar. Mən sual verirəm. “Yaxşı onda maraq nədir? 65 yaş qanundursa, ölkədə hamı işdən çıxsın. Yox əgər qanun deyilsə, qoy onda məni də təkrarən işimə qaytarsınlar. Axı mə 45 ildir sırf təhsillə məşğul olmuşam, bu yolda can qoymuşam. Bütün bunlara görə YAP-dan xahişim budur ki. Veteran YAP-çı kimi, tanınmış bir şair kimi, ictimai xadim kimi, əsl sədaqətli Əliyevçi kimi bir iqtidar partiyası olaraq mənim arxamda dursunlar, mənim pozulmuş hüquqlarımın qaytarılmasında kömək etsinlər, başıma gətirilən ədalətsizliklərə görə Təhsil Nazirliyi qarşısında öz haqq səslərini ucaltsınlar, Təhsil Naziri Emin Əmrullayevə rəsmi qaydada mənim verdiyim sualları versinlər və rəsmi qaydada Təhsil Nazirliyindən cavab alıb məni cavablandırsınlar. Yoxsa bu müarciətimi də başdan etmək üçün Təhsil Nazirliyinə göndərməsinlər. Çünki, nazir görüşdə özümə dedi ki, hara yazırsan yaz, mən heçkimdən qorxmuram, hətta Prezidentdən də qorxmuram. Səni də geri qaytarsam, hamı mənə deyər ki, sənin qabağından qorxdum, qaçdım. Əlavə qeyd etdi ki, nə olsun ki, Anar Qədiməliyev SOROS-çudur, nə olsun ki, o əsgərə getməyib, nə olsun ki, o maliyyəçidir bunun bizim işlərə heç bir əhəmiyyəti yoxdur.
Cənab Prezident! Bu minvalla Emin Əmrullayev öz iç üzünü mənə açıb göstərdi. Mənim ondan gözlərim su içmir. Mənə qəribə gələn odur ki, SOROS-çular hakimiyyətdə belə mötəbər vəzifələr tuturlar, YAP-çılar isə danişa-danişa çöldə qalıb. Ona görə də Gəncəbasarda bütün ziyalıları düşündürən əsas bir məsələdir. Görəsən YAP-ın haqiqətəndə SOROS-a gücü çatmır? YAP həqiqətəndə SOROS-dan qorxur? Axı ölkə Prezidenti YAP-sədri İlham Əliyev bu ilin fevral ayının 2-də rəsmi olaraq qeyd etdi ki, SOROS Azərbaycanda anti-Azərbaycan təbliğatı aparır. SOROS Azərbaycan Xalqının düşmənidir. Deməli, SOROS-a bir anda belə imkan vermək olmaz. Elə bu baxımdan Anar Qədiməliyev son 2 ildə Gəncə təhsilini iflic vəziyyətinə salıb. Gəncədə təhsil hamının gözü qarşısında batıb gedir. Bu adam özüdə etiraf edir ki, Nazir mənim dostumdur, mənim arxamda durur, ona da heç kimin gücü çatmır. İlham müəllim demir ki, Heydər Əliyevin dostuyam, o zaman getsin Heydər Əliyevin yanına qoy Heydər Əliyev ona iş versin. Sonda onu qeyd edirəm ki, bax mənə təsir edən amillər budur. Mənim işdən çıxmağım yox. Yuxarıda göstərdiklərimi nəzərə alaraq Cənab Prezident Partiya sədri kimi sizdən, sədrin 1-ci müavini Mehriban xanım Əliyevadan və sədrin müavini Tahir Budaqovdan, ümumilikdə YAP İdarə heyyətindən xahişim budur ki, mənim arxamda dursunlar, mənə yardımçı olsunlar, mənim işimlə bağlı Təhsil Naziri Emin Əmrullayevə xüsusi və ciddi tapşırıqlar versinlər. Emin Əmrullayev bilsin ki, mən YAP-la fəxr edirəm və qürur hissi duyuram. Onların mənə gücü çatmaz. Anar Qədiməliyev isə düşmən mövqeyində olduğu üçün o, tezliklə tutduğu vəzifədən azad edilməlidir yoxsa bu çox qorxuludur.
RÜŞVƏTƏ SON! SOROS-a SON! Yaşasın YAP!
Hörmətlə: Həsənov İlham Musa oğlu
Azərbaycan Respublikasının Əməkdar müəllimi,
1995-ci ildən YAP-ın üzvü,
8 şeir kitabının müəllifi, Prezident mükafatçısı,
“Qızıl Qələm” mükafatı laureatı,
Gəncə şəhər Veteranlar Şurasının üzvü,
Azərbaycan Yazıçılar, Jurnalistlər, Aşıqlar birliyinin üzvü
Heydər Əliyevin yaxın dostu və silahdaşı
Əlaqə nömrəsi: 050-333-40-27