Azərbaycan-Rumıniya ədəbi əlaqələri müzakirə edilib

Azərbaycan-Rumıniya ədəbi əlaqələri müzakirə edilib

 Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq məsələlər üzrə katibi Səlim Babullaoğlu Azərbaycan Dillər Universitetinin baş müəllimi, rumın dili mütəxəssisi və Rumın Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Yosefina Blazsan-Battonu qəbul edib.

Müstəqil.Az xəbər verir ki, görüşdə həmçinin tarix üzrə fəlsəfə doktoru, Babeş-Bolyay Universitetinin doktorantı və “Azərbaycan-Rumıniya mədəni əlaqələri”nin araşdırıcısı, yazıçı, tərcüməçi Jalə İsmayıl da iştirak edib.

Görüş zamanı Azərbaycan-Rumıya ədəbi əlaqələri, görülmüş və görülə biləcək işlər, Azərbaycan ədəbiyyatının rumın dilinə, rumın ədəbiyyatının Azərbaycan dilinə tərcüməsi və nəşri imkanları müzakirə edilib. Ədəbi əlaqələrin inkişafının perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

 

Müstəqil.Az

Share: