Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları şərti düşməni məhv etdi

Azərbaycan, Türkiyə və Pakistan xüsusi təyinatlıları şərti düşməni məhv etdi

Azərbaycan, Türkiyə və Pakistan arasında hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən Bakıda keçirilən “Üç qardaş – 2021” beynəlxalq təliminin növbəti mərhələsi uğurla icra olunub.

Təlimin planına uyğun olaraq xüsusi təyinatlılar döyüşə hazır vəziyyətə gətirilərək bölmələrimizin müdafiəsinin dərinliyinə daxil olan şərti düşmən qruplaşmasının məhv edilməsi tapşırıqlarını yerinə yetiriblər.

Sentyabrın 20-dək davam edəcək təlimlərin bu mərhələsində də qardaş ölkələrin xüsusi təyinatlıları yüksək peşəkarlıq nümayiş etdiriblər.

 

youtube.com/watch?v=aJ0iryjUQPo

Share: