Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Türkmənistan Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov arasında üçtərəfli görüş keçirilib.
Sayca -5-ci görüşün yekununda nazirlər protokol imzalayıblar. Daha sonra diplomatlar mətbuat konfransı keçirərək üçtərəfli görüşün yekunları ilə bağlı fikirlərini bölüşüblər.
***20:49
Ankarada Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin 5-ci üçtərəfli görüşü başlayıb. Bu barədə Azərbaycan XİN-dən məlumat verilib.
Qeyd edək ki, Ceyhun Bayramov Ankarada işgüzar səfərdədir. Azərbaycan XİN başçısı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və həmkarı Mövlud Çavuşoğlu tərəfindən qəbul edilib.
Müstəqil.Az