Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi, dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur.

Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi, dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur.
Aşqabad şəhərində “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbhidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumu”nun imzalanması nəinki hər iki ölkə üçün, eyni zamanda bölgə üçün və bütün Türk Dünyası üçün olduqca mühüm tarixi əhəmiyyətə malikdir.
Cənab Prezident də haqlı olaraq qeyd etdi ki, “Bugünkü sənəd tarixi əhəmiyyət daşıyır, çünki Azərbaycan ilə Türkmənistan ilk dəfədir Xəzərdəki yatağın birgə istismarına başlayır”.
Söhbət əlbəttə ki, bu anlaşmanın ilk növbədə hər iki ölkə üçün iqtisadi əhəmiyyətindən gedir. Bu anlaşma Azərbaycanla Türkmənistan arasında strateji əməkdaşlığın inkişafına təkan verəcək. Amma eyni zamanda bu anlaşmanın mənəvi və siyasi əhəmiyyəti də böyükdür. Anlaşma Xəzəryanı ölkələrlə Azərbaycanın neft və qaz sektorundakı əməkdaşlıq imkanlarını genişləndirməklə yanaşı, həm də Türk Şurası çərçivəsində əlaqələrin güclənməsi, türk birliyinin dərinləşməsi baxımından körpü rolunu oynayacaq. Prezident İlham Əliyevin qeyd etdiyi kimi bu anlaşma ölkələrimizi, xalqlarımızı bir-birinə daha da yaxınlaşdıracaq. “Dostluq” yatağındakı enerji resurslarının birgə işlənməsi, hasil edilməsi və dünya bazarına çıxarılması bir yandan hər iki ölkənin gəlirlərini böyük ölçüdə artıracaq, digər yandan isə bu bir yeni əməkdaşlıq platformasına çevriləcək. Böyük siyasi birliklər üçün ilk növbədə möhkəm iqtisadi zəminin mövcud olması vacibdir.
Azərbaycan-Türkmənistan münasibətlərinin istiləşməsi, dərinləşməsi bu baxımdan bütün Türk Dünyasının taleyində yeni mərhələnin başlanğıcını qoyur. Xeyirli-uğurlu olsun!
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Müstəqil.Az
Share: