Azərbaycan və Avropa İttifaqı danışıqları sürətləndirəcəklər

Azərbaycan və Avropa İttifaqı danışıqları sürətləndirəcəklər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşüb.

Müstəqil.Az xəbər verir ki, görüşdə Ceyhun Bayramov bölgədə həyata keçirilən bərpa və yenidənqurma işlərindən, bu xüsusda, Aİ-nin mümkün rolundan danışıb. Aİ komissarı Oliver Varhelyi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu və bu xüsusda, enerji sahəsində əməkdaşlığın vacibliyini qeyd edib.

Görüşdə, həmçinin Ukraynada baş verən hadisələr, ölkədə böhranın aradan qaldırılması yolları ilə bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, tərəflər Avropa İttifaqı ilə əməkdaşlıq və gündəlikdə duran vacib məsələlərini qeyd etməklə Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni saziş üzrə danışıqların tezliklə yekunlaşdırılmasına dair niyyətlərini ifadə ediblər.

Müstəqil.Az

Share: