Azərbaycan, Rusiya və Ermənistan Xarici İşlər nazirləri Ceyhun Bayramov, Sergey Lavor və Zöhrab Mnatsakanyan arasında Moskvada keçirilən danışıqlar başa çatıb.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov danışıqların nəticələrinə əsasən, birgə bəyanatı elan edib.
Bəyanatda deyilir: “Rusiya Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq və Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın razılaşmasına əsasən, tərəflər aşağıdakı addımların atılması barədə razılığa gəliblər: 1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin, eləcə də həlak olanların meyitlərinin dəyişdirilməsi üçün atəşkəs elan olunur. 2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq. 3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə nizamasalmanın baza prinsipləri əsasında tezliklə sülh yolu ilə nizamasalmaya nail olmaq üçün substantiv danışıqlara başlayırlar. 4.Tərəflər danışıqlar prosesinin dəyişməz olduğunu təsdiq edirlər”.(real)