Gülnarə Rəhimova: “Bakıda Azərbaycan və Rusiya prezidentlərinin iştirakı ilə imzalanan sənədlərə əsasən atılacaq addımlar qarşılıqlı fəaliyyətlərə öz müsbət təsirini göstərərk”
Xəbər verildiyi kimi, avqustun 18-19-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərində olub. Səfər müddətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rusiyalı həmkarı ilə məhdud və geniş tərkibdə görüşlər keçirib, həmçinin bir sıra sənədlər imzalanıb. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfəri ilə bağlı saytımıza açıqlama verən
Xəzər Biznes Təşəbbüsü təşkilatının prezidenti Gülnarə Rəhimova bildirib ki, iki dövlət arasında bütün istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur: “Azərbaycan və Rusiya tarixən dost və qonşu dövlət olublar. Bu gün müttəfiq ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli münasibətlərin inkişafından məmnunuq. Çünki 2022-ci ilin fevralın 22-də Moskvada Azərbaycan və Rusiya prezidentləri tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” uğurla yerinə yetirilir. Belə ki, iki ölkə arasında bütün sahələr üzrə əməkdaşlıq dərinləşdiriləşdirilib, eləcə də irimiqyaslı tədbirlər keçirilib. Bakıda dövlət başçıları da görüşlərində bu Bəyannamənin uğurla yerinə yetirildiyini qeyd ediblər. Ümumi olaraq ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunluqlarını ifadə ediblər. Hazırda həm siyasi, həm də iqtisadi sahədə əməkdaşlıq gücləndirilir. Həmçinin humanitar əlaqələrin inkişafına diqqət yetirlir. Əminik ki, Prezident Vladimir Putinin bu səfəri ikitərəfli əlaqələrinin inkişafı üçün əhəmiyyətli faydası olacaq. Avqustun 19-da Bakıda iki dövlətinin başçısının iştirakı ilə imzalanan sənədlərə əsasən atılacaq addımlar da qarşılıqlı fəaliyyətlərə öz müsbət təsirini göstərərk”.
Gülnarə Rəhimova deyib ki, Azərbaycan və Rusiya lideri iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə münasibətlərin inkişafı məsələsini də müzakirə ediblər və bəyanatlarında konkret layihlərinin icrası ilə bağlı təkliflərini veriblər: “Biz də təşkilat olaraq Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrin inkişafına öz töhfəmizi verməyə çalışacağıq. Yaxın perspketivdə təhsil sahəsində bir sıra layihələrin icrasını planlayırıq”.