Azərbaycanla Türkiyə birgə investisiya fondunun yaradılması üzrə iş aparır.
Müstəqil.Az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Türkiyə iqtisadi əlaqələri barədə “dəyirmi masa” zamanı deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycan-Türkiyə Hökumətlərarası Komissiyası çərçivəsində əldə edilmiş razılığa əsasən, “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə Türkiyənin Rifah Fondunun nümayəndələri arasında birgə investisiya fondunun yaradılması ilə bağlı müzakirələr davam edir.
Nazir əlavə edib ki, indiyə qədər Türkiyə şirkətləri Azərbaycan iqtisadiyyatına 13 milyard dollar, Azərbaycan şirkətləri isə Türkiyə iqtisadiyyatına 19 milyard dollar məbləğində investisiya qoyub:
“Türkiyə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiyalara görə liderlik edir. Hazırda Azərbaycanda Türkiyə kapitalı ilə 4,2 min şirkət fəaliyyət göstərir. 300 mövcud layihə üzrə Türkiyə şirkətlərinin işinin dəyəri 16,3 milyard dollar təşkil edir”.
Müstəqil.Az