Azərbaycan və Türkiyə “Şahdəniz-1” yatağında qaz tədarükü ilə bağlı sazişin müddətini uzadıb.
Müstəqil.az xəbər verir ki, bu barədə məlumatı “Trend”ə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) təsdiqləyiblər.
SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr departamentinin rəis müavini İbrahim Əhmədov qaz tədarükü ilə bağl sazişin mövcud olduğunu bildirib: “Tədarüklə bağlı sazişin olduğunu təsdiq edirəm. Detalları hələlik şərh etmirik”.
Türkiyə KİV-lərinin məlumatına əsasən, sazişin qüvvədə olma müddəti 2024-cü ildə bitir.
Qeyd edək ki, Azərbaycandan Türkiyəyə illik 6,6 milyard kubmetr qazın tədarükü ilə bağlı 2001-ci ildə imzalanmış müqavilənin müddəti 2021-ci il aprelin 16-da bitmişdi.
Hazırda Türkiyə Azərbaycan qazını Trans-Anadolu qaz kəməri (TANAP) vasitəsilə alır. TANAP-la Türkiyəyə ildə 6 milyard kubmetr qaz tədarük edilir.