Azərbaycan Xarici İşlər Nazirliyi Meron dağı yaxınlığında keçirilən Laq Ba-omer dini tonqal qalama mərasimi zamanı yaranan izdihamda 44 nəfərin ölümü ilə bağlı İsrailə başsağlığı verib.
Modern.az xəbər verir ki, bu barədə XİN-in rəsmi “twitter” hesabında paylaşım edilib.
Paylaşımda deyilir:
“Bu xəbərlər bizi çox kədərləndirdi. Dəhşətli hadisədə həlak olanların ailələrinə, eləcə də İsrail hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Yaralılara şəfa diləyirik”.