Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstanda mədəndə baş vermiş faciəyə görə Qazaxıstana başsağlığı verib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”,- deyə paylaşımda bildirilib.

Xatırladaq ki, Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada partlayış baş verib. Qəza anında şaxtada 252 nəfər olub. Şaxtada qəza qurbanlarının sayı 28-ə çatıb.

Ehtimal olunur ki, lavada metan qazının partlaması baş verib. Xilasedicilər və hüquq-mühafizə orqanları qəza yerində işləri davam etdirir. Operativ qərargah yaradılıb.


Share: