Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır – Açıqlama

Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır – Açıqlama

“Qoyulmuş qadağalara riayət olunmaması tədqirdə xəstəliyə yoluxma və ölüm sayında ciddi çoxalma qaçılmazdır. Bu baxımdan toplu mərasimlərdən, kütləvi aksiyalardan uzaq durmalı, ehtiyac olmadığı halda şəhərlərarası və ölkələrarası səyahətlərə ara verilməlidir”.

Müstəqil.Az xəbər verir ki, bu barədə Türkiyədə çalışan səhiyyə işçisi, araşdırmaçı kök hüceyrə mühəndisi Günel Bayramova bildirib.

O qeyd edib ki, müalicəsi hal-hazırda mümkün olmayan, bütün dünyada sürətlə yayılan COVİD-19 infeksiyası Azərbaycandan da yan keçmir, hər gün 3-4 mindən artıq yoluxma, 30-dan artıq ölüm halı qeydə alınır:

“Dünyada milyondan çox insan ölümünə səbəb olan COVİD-19 infeksiyası təəssüflər olsun ki, Azərbaycanda da dinamik şəkildə artır. Yaşadığımız çətin günlərlə əlaqədar mövcud infeksiya durmadan artır. Tətbiq edilmiş qadağalara baxmayaraq, infeksiyanın qarşısını almaq mümkün olmur. Bu məqsədlə də sərt karantin rejiminin tətbiq edilməsi qərarı gözləniləndir və böyük ehtimalla buna yenidən qayıdılacaq”.

G.Bayramova söyləyib ki, ictimai yerlərdə sosial məsafə gözlənilməli, tibbi maskalardan mütləq istifadə olunmalıdır: “Bunlarla yanaşı şəxsi gigyenaya, yuxu və qidalanma rejiminə diqqət edilməlidir. Görünməz düşmənə qarşı birlikdə səfərbər olmağımız gərəkdir”.

Sayad HƏSƏNLİ

Azərbaycan yenidən sərt karantin rejiminə qayıdır - Açıqlama
Share: