Azərbaycan yığmasının üzvü “Zenit”də

Azərbaycan yığmasının üzvü “Zenit”də

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü Nigar Mirzəliyeva Rusiyada klubunu dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 20 yaşlı müdafiəçi “Zenit”ə keçib. Bu barədə Sankt-Peterburq təmsilçisinin mətbuat xidməti məlumat yayıb.Gənc futbolçu Rusiya klubu ilə 2 illik müqavilə imzalayıb.

 

Qeyd edək ki, Nigar Mirzəliyeva daha əvvəl Kazanın “Rubin” klubunda çıxış edirdi.


Share: