2024-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 361 milyon 23 min dollar dəyərində 19 571 ədəd avtomobil idxal olunub.
Bu barədə “-Economics”ə Dövlət Gömrük Komitəsindən bildirilib.
2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 6% və ya 1 228 ədəd azalıb, dəyəri isə 14.6% və ya 46 milyon dollar artıb 2023-ci ilin müvafiq dövründə Azərbaycana 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd avtomobil idxal edilib.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfə və ya 422 ədəd avtomobil artaraq 830 ədəd təşkil edib.