Azərbaycana məğlubiyyəti şərh etdi — “Böyük biabırçılıqdır”

Azərbaycana məğlubiyyəti şərh etdi — “Böyük biabırçılıqdır”

Futbol üzrə Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Müstəqil.Az  xəbər verir ki, o, 1:2 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Evdə məğlub olmaq böyük biabırçılıqdır. Matça çox pis başladıq. İlk hissədə rəqibdən çəkinirdik. Qonaqlar isə əvəzində topla daha yaxşı davranırdılar. Fasilədən sonra oyunumuzu yaxşılaşdırdıq, daha çox qol şansımız oldu. Sadəcə, onları dəyərləndirə bilmədik.

İkinci hissədə sərgildiyimiz oyun gələcəyə nikbin baxmağa ümid verir. Bu məğlubiyyət bizim üçün dərs oldu. Öyrəndik ki, oyun 95 dəqiqədən artıq davam edə bilər və sonadək diqqətli olmalıyıq. Futbolçuları yeni-yeni tanıyıram və onların hazırlığını görürəm. Oyunçular ikinci hissədə öz keyfiyyətlərini göstərdilər”.

Müstəqil.Az

Share: