Ərazimizdə damarlarında qalan “yaşıl qan” gəzdirən iki ailənin qalan üzvləri hardadır? Tədqiqatımız davam edir
Araşdırma materialları sırasında çox mühüm və indiyədək toxunmayan bir sənədin üstündə dayanmaq maraqlıdır. Əvvəlcə 2007-ci ilin iyun ayının 17-də Rusiya Federasiyasının Hərbi Tarıx İnstitutunun Məxfi Arxivlərindən bilavasitə Azərbaycanla bağlı 13 Qovluğun – (Üstündə “Məxfi” qrifi olan bu qovluqlar ölkənin Bakı Kəşfiyyat İdarəsinə məxsus “Altıncı İdarəyə” aid olub) – oğurlanması haqqında məlumatla bağlıdır. “Altıncı İdarə” bilavasitı elm və incəsənət, ədəbiyyat məsələlərilə bağlı yaradılmış idarədir. Burada 8 min Azərbaycan ədəbiyyatı, incəsənəti, hüquq-mühafizə sistemilə bağlı məxfi sənəd saxlanılır. Məlumata görə (Bax: “İzvestiya” qəzetinə) oğurlanmış on üç qovluqda Azərbaycanla, onun tarixi keçmişilə, eləcə də müasir dövrü əhatə edən sənədlərilə bağlı ölkənin MEA-nın müvafiq institutlarına əlavə məlumatlar verilsə də hələ ki, sakitlikdir). Lakin əlimizə keçən “Xüsusi Arayış”da (Altıncı İdarənin) Azərbaycanı İran İslam Respublikası ilə bağlı sərhəd zolaqlarında yerləşən Astara yaşayış məntəqəsilə bağlıdır. (“On birinci qovluq” kimi qeyd olunmuş bu qovluq bu gün tarixin ən ciddi və ən diqqətlə araşdırılması vacib sayılan materialları əhatə edir).
(Qeyd: Astara şəhəri 313 km Bakıdan aralıdır. Sahəsi 616 kv. km-dir. Əhalisi 98 min 300 nəfərdi). Həmçinin qeyd edək ki, Astara şəhəri 1930-cü ildə təşkil edilib. 1963-cü ildə ləğv edilərək Lənkərən şəhərinə verilib. 1965-ci ildə isə Astara müstəqil rayona çevrilib və s.
Xatırlatmaq yerinə düşər ki, Astara qədim yaşayış məntəqəsi olmaqla tarixi İpək Yolu onun ərazisindən keçir.
Məlumata görə Rusiyanın genetik araşdırmalar aparan “Alimlər qrupu”nun üzvləri Astara yaşayış məntəqəsinin 16 Gen Kodu olub. Bu genetik kodlar bilavasitə Astara əhalisinin özünə məxsus kod olub və Astara əhalisinin genetik kodu heç bir xırda xalqların, millətlərin genetikasına aid deyil. Bütün bu məlumatlar RF-nın Tarix İnstitutundan oğurlanmış Məxfi Qovluqlardan verilib. (Məqsədimiz bu deyil. Qoy bu araşdırmaları tarixçilərimiz araşdırsınlar).
Qovluqlarda Cənub zonasında (söhbət 1925-19997-ci illəri əhatə edir) yandırılmış 19 kəndin taleyi də maraqlıdır. Astara yaşayış məntəqəsində ən dəhşətli və amansızcasına yandırılan, viranə qalan kənd-yurd yeri Çeşməli kəndi olub. (Astarada bununla bağlı heç bir tədqiqat aparılmayıb. Məqsədimiz bu da deyil. Qoy bu məsələni də tarixçilərimiz araşdırsınlar).
Məqsədimiz (Oğurlanmış Məxfi Qovluqlara əsasən) Astara-İran sərhədi boyunca 1816-cı ildə tikilmiş Şindan Qalası ətrafında yaşayan Hilalzadələr (nəsli kəsilmiş), “Bəhramtəpəlilər”, (nəsli kəsilmiş) haqqında az da olsa danışmaqdır. Araşdırmalarımıza görə hər ilk kəndin əhalisi1932-ci ilin avqust ayında yandırılıb və əhalisi tamam-kamal güllədən keçirilib. Səbəb? Nə üçün bu kəndlərin əhalisi təpədən-dırnağadək yandırıldı. (Altıncı İdarənin arayışında göstərilir ki, hər iki kəndə sığınmış (Qara tellilər, Simlilə) insanlara od vuruldu. (?) Nə üçün? – sualı hələ də açıq qalır, cavablanmır. Bis isə az çox malikik. General G.Qovorux Arayışında yazır ki, baş verənlərə məcbur olduq.
Araşdırmalar göstərir ki, hər iki kənddən cəmisi üst-üstə 8 (səkkiz) ailə salamat qaldı. Onlar ağır vəziyyətdə Gürcüstana sürgün olundular. Və nəticədə “Taxta körpü) deyilən ərazidə onlara basqın olundu. Ərazidə çobanlıq edən Anuaşvili adlı birisi açıqlama verir ki, güllələnmiş şəxslərin qanı “Yaşıl Qan” idi. Amma bütün bu möcüzə yaradan düşüncələr haqqında kimlərə danışasan, fikirlərini kimlərlə böləsən… hələ də anlamıram. Amma V əsr material məlumatlarında oxuyuram ki, “Yaşıl Qan” fəlsəfəsi (bəlkə də siyasəti” böyük məsələdi. Bu qan uğrunda Cənub torpaqlarında bütövlükdə 49 dəfə irili-xırdalı müharibələr olub…
Təhlillərimiz göstərir ki, XX əsrin sonlarında bu siyasət üçün keçmiş İttifaqın Genetika İnstitutları altı dəfə Beynəlxalq Konfranslar təşkil ediblər. Ərazi keçmiş SSRİ-nin adı ilə göstərilib. Azərbaycan adının üstündən qələm çəkilib. (?) Biz hələ dəqiq araşdırmamışıq. Kim bilir, bəlkə də Qarabağ uğrunda aparılan müharibə və terror aksiyalarının əsasınıda elə bu məsələ təşkil edir.
Qayıdıram RF-nın tarix arxivlərindən oğurlanmış Qovluqlara – sənədlərə…
Düşünürəm damarlarında “yaşıl qan” gəzdirən ailələrin övladlarından qalan varmı?…
Fikrimcə tədqiqatlarımızın nəticələri mənə elə gəlir ki, zaman gələcək bəşəriyyəti kökündən silkələyəcək…
P.S. Tədqiqatlarımız davam edir.
Rövşən Novruzoğlu,
professor, Milli Təhlükəsizlik Məsələləri üzrə ekspert, politoloq