Azərbaycanda zorlanma hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə Ağcabədi rayonunda qeydə alınıb.
Rayonun Salmanbəyli kənd sakini 18 yaşlı E.Q (ad şərtidir) polisə ərizə ilə müraciət edərək kənd ərazisində yerləşən fermada Samir (ad şərti) adlı şəxs tərəfindən zorlandığını bildirib.
Daxil olan şikayət əsasında Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən araşdırmalara başlanılıb.