Azərbaycanda 20 hakimin işinə xitam verildi

Azərbaycanda 20 hakim işinə xitam verilib.

Müstəqil.Az Yenicag.az-a istinadən xəbər verir ki, bunu ədliyyə naziri Fikrət Məmmədov 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı günü münasibəti ilə “Azərbaycan” qəzetində dərc olunmuş məqaləsində qeyd edib.

“Hakim adına və nüfuzuna xələl gətirən şəxslərin məhkəmə sistemindən kənarlaşdırılması üzrə ardıcıl tədbirlər görülüb, birinci instansiya və apelyasiya məhkəmələrinin 115 hakiminin fəaliyyəti prinsipial qiymətləndirilib, vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol vermələri nəzərə alınaraq 20 hakimin, o cümlədən 7 məhkəmə sədrinin hakimlik səlahiyyətlərinə xitam verilib, 6 məhkəmə sədri və apelyasiya məhkəmələrinin 8 hakimi aşağı işə keçirilib”.

Share: