Azərbaycanda 9 yaşlı qıza anasının qaraciyəri köçürüldü

Azərbaycanda azyaşlı qız üzərində qaraciyər transplantasiyası əməliyyatı icra olunub.
Medicina.az xəbər verir ki, əməliyyat Mərkəzi Gömrük Hospitalında, cərrah-transplantoloq, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərlik etdiyi komanda tərəfindən həyata keçirilib.
Anadangəlmə sirroz xəstəliyindəın əziyyət çəkən 9 yaşlı qızcığaza anası donorluq edib.
Uşağın vəziyyəti qənaətbəxşdir, donor isə artıq evə buraxılıb.


Share: