Azərbaycanda ilk dəfə olaraq “Müasir azərbaycan animasiyası” mövzusunda konfrans keçiriləcək.
Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, konfransda animasiya studiyalarının nümayəndələri, rejissorlar, prodüserlər, animasiya rəssamları və kinoşünaslar Azərbaycanda milli animasiyanın bu günkü vəziyyətini müzakirə edəcəklər.
Konfrans çərçivəsində bu sənətin ölkədə gələcək inkişafının vacib məsələlərindən danışılacaq. “Uşaqlarımızın öz ana dilində milli animasiyalarımızı izləməsi üçün hansı addımları atmaq lazımdır” kimi suallara çalışıb axtarılacaq. Həmçinin bir neçə animasiya filmlərinin təqdimatı da olacaq. Konfransda ilk dəfə olaraq “Azərbaycan animasiyası” adlı unikal bir kitab layihəsinin də təqdimatı olacaq.
Konfrans Azərbaycan dövlət mədəniyyət və incəsənət universitetinin dəstəyi ilə “OLIEL Company” çex şirkəti tərəfindən təşkil olunub.