Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

Azərbaycanda aprel ayı üzrə gündəlik neft hasilatı göstəricisi açıqlanıb

2024-cü ilin aprel ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 596 min barel olub.

Bu barədə “-Economics”ə Energetika Nazirliyindən bildirilib. Məlumata görə, bunun 476 min barelini xam neft, 120 min barelini kondensat təşkil edib.

Bu ilin mart ayında isə gündəlik neft (kondensatla birlikdə) hasilatı 605 min barel olub, bunun 481 min barelini xam neft, 124 min barelini kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir.

Share: