Azərbaycanda bu günə olan yoluxma sayı – COVID-19

Azərbaycanda bu günə olan yoluxma sayı – COVID-19

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 603 yeni yoluxma faktı qeydə alınıb,  234 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Müstəqil.Az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 240 295  nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 960 nəfər müalicə olunaraq sağalıb,  3 282 nəfər vəfat edib, aktiv xəstə sayı 6 053 nəfərdir.

Ölkədə son sutka ərzində8 945 , hazırkı dövrədək isə 2 710 126  test aparılıb.

Müstəqil.Az 
Share: