Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 116 yeni yoluxma faktı qeydə alınıb, 235 nəfər müalicə olunaraq sağalıb, analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
İndiyədək ölkədə ümumilikdə 791 min 404 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 780 min 771 nəfər müalicə olunaraq sağalıb, 9 min 651 nəfər vəfat edib, aktiv xəstə sayı 982 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 min 144, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 662 min 84 test aparılıb.
Son sutkada koronavirus (COVID-19) əleyhinə 16 min 974 vaksin vurulub. Onlardan birinci doza vaksinlərin sayı 801, ikinci doza vaksinlərin sayı 1864 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksin 13 min 498 nəfər vurub. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 811 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 milyon 355 min 516, birinci doza peyvəndlərin ümumi sayı 5 milyon 318 min 721, ikinci doza vaksinlərin sayı 4 milyon 812 min 983 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 milyon 253, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 223 min 559 olub.
Müstəqil.Az