Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 287 yeni yoluxma – FOTO

Azərbaycanda daha 10 nəfər koronavirusdan öldü: 287 yeni yoluxma – FOTO

 

Azərbaycanda son sutkada koronavirusa 287 yeni yoluxma faktı qeydə alınıb, 568 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 10 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 228 975 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 220 292 nəfər müalicə olunaraq sağalıb, 3 082 nəfər vəfat edib, aktiv xəstə sayı 5 601 nəfərdir.

Ölkədə son sutka ərzində 7 079, hazırkı dövrədək isə 2 361 552  test aparılıb.

 

Share: