Bu ilin 11 ayında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 4,1% artaraq 15 mlrd. 337,7 mln. manat olub.
“-Economics” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 18,9 % artaraq 9 mlrd. 15,8 mln. manata çatıb”, – deyə o qeyd edib.
“Ölkəmizdə aparılan səmərəli vergi siyasəti qeyri-neft-qaz sektorundan vergi daxilolmalarının yüksək dinamikasını təmin etməklə dayanıqlı iqtisadi artıma əhəmiyyətli töhfə verir”, – deyə paylaşımda nazir qeyd edib.