Azərbaycan prezidenti olmuş Elçibəy adlı biri var idi. Onun zamanında Azərbaycan Ordusu fəlakətli məğlubiyyətlərə, ölkənin özü isə ağır ərazi itkilərinə məruz qalmışdır. O, prezident olmamışdan əvvəl qədim mətnləri araşdırıb, ərəb dilindən tərcümə edirdi. Sonra isə dövləti idarə etməyə başladı və nəticədə ölkə acınacaqlı vəziyyətdə qaldı. Tarix bəzən belə oynamağı bacarır.
Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı analitik Konstantin Makiyenko deyib.
Onun sözlərinə görə, Ermənistanın məğlubiyyəti Paşinyandan savayı başqa amillərə də əsaslanıb:
“Onlar (Ermənistan – red.) hesab edirdilər ki, hərbi-texniki güc və canlı qüvvə baxımıdan azərbaycanlılardan geri qalmalarına baxmayaraq, təşkilati və mənəvi-psixoloji keyfiyyətlərinə görə daha üstündürlər. Amma məlum oldu ki, Azərbaycan piyadaları və tankçıları əla motivasiya olunub və təlim keçmişlər. Düşmənin düzgün qiymətləndirilməməsi çox təhlükəli bir şeydir”.
O bildirib ki, yaxın günlərdə Ermənistanda hərbi fəlakət yarana bilər:
“Düşünürəm ki, ölkədə miqrasiya halları kəskin şəkildə çoxalır. Yaxın 2-3 il ərzində Ermənistandan təxminən 200 minə qədər adam gedəcək. İki milyonluq ölkə üçün bu, fəlakətdir. Ermənistan üçün yeganə yol coğrafi cəhətdən çətin olsa da, Rusiya ilə inteqrasiya proseslərini gücləndirməkdir. Amma bir məsələ var: bu, Rusiyaya lazımdırmı?”
Fatimə