Dəyərli dostlar, neçə illərdi ki, cəmiyyətimizi çox təhlükəli və son dərəcə faciəli bir “oyun”a salıblar. Çoxumuzun Azərbaycanda idman loqotipləri altında fəaliyyət göstərən “TopAz” adlı əsl qumarxanadan məlumatımız var. Statistik rəqəmlər olmasa da, nə qədər insanların bu “oyun”da evini, ailəsini itirdiyi, intihar etdiyi bəllidir. Dəhşətlisi isə, bu pis vərdişin aludəçiləri minimum ehtiyaclarını güclə ödəyənlərdi. Bu kabus, artıq onların psixologiyalarında “narkotika” kimi iz buraxıb. Bir nəfər də olsa, imkan sahiblərinin bu “oyun”a baş qoşub, maraqlandığının şahidi olmamışam. İntiharlara yol açmış bu zərərli oyun dövlət səviyyəsində ləğv olunmazsa, gəncliyimiz- gələcəyimiz məhv olmaq təhlükəsi ilə üz- üzə qalacaq. Vətənimiz, ulusumuz naminə onları qoruyun, cənablar!
İLQAR TÜRKOĞLU
Müstəqil.Az