Bu ilin 10 ayı ərzində Azərbaycanda yeni İİV-ə yoluxma faktı 437 nəfərdə təsdiqlənib.
Müstəqil.Az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mubarizə Mərkəzinin Təşkilati-metodiki işlər şöbəsinin müdiri Eldəniz Muradov deyib.
O bildirib ki, həmin şəxslərdən 431-i (98,6 faizi) Azərbaycan vətəndaşı, 6 nəfəri (1,4 faizi) isə əcnəbidir: “Qeydiyyata alınan 431 Azərbaycan vətəndaşından 275-i (63,8 faizi) kişi, 156-sı (36,2 faizi) qadındır. Aşkarlananlar arasında 50 yaşdan yuxarı olanları sayı 50 nəfər təşkil edib.Ümumilikdə bu ilin dekabr ayının 1-dək mərkəzdə 5549 nəfər İİv-lə rəsmi qeydiyyatdadır. Onlardan 71, 4 faizi (3962) kişi, 28,6 faizi (1587) qadındır”.
Mərkəz rəsmisi əlavə edib ki, QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 124 nəfər olub: “QİÇS mərhələsində olanlar 1452 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 861 nəfərdir. İİV-lə yaşayan insanlardan 43,8 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 44,6 faizində heteroseksual, 2,5 faizində isə homoseksual kontakt nəticəsində, 1,9 faizində anadan uşağa keçməklə, 0,02 faizində (1 nəfər) donor qanım köçürülməsi nəticəsində baş verib. 7,3 faizində isə yoluxma yolu müəyyən edilməyib”.
“2006-cı ildən tətbiq edilən antiretrovirus terapiyaya hazırda 4061 İİV-lə yaşayan insan cəlb olunub, onlardan 523 nəfərə müalicə bu ilin 11 ayı ərzində başlanılıb. Ölkədə infeksiya nın anadan uşağa ötürülməsinin qarşısını almaq üçün 263 hamilə ART-yə qoşulub. 2015-ci ildən ölkədə nikaha daxil olmaq istəyən şəxslərin müayinəsi çərçivəsində 117142 şəxs İİV-ə görə müayinəyə cəlb olunub və 103 nəfərdə infeksiyaya yoluxma faktı təsdiqlənib. İİV artıq ailələrə tərəf istiqamətlənib. Cinsi yolla İİV-ə yoluxma ön plana çıxıb”
Müstəqil.Az