“Azərbaycanda İKT sahəsində mütəxəssis qıtlığı var”

“Azərbaycanda İKT sahəsində mütəxəssis qıtlığı var”

“Azərbaycanda ÜDM-də İKT sahəsinin payı 1,8%-dir. Bu, bəzi qonşu ölkələrlə müqayisədə bir neçə dəfə azdır”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Fərid Əhmədov bildirib. 

“Biz, Gürcüstana, Qazaxıstana və hətta Ermənistana nəzərə salsaq, İKT sahəsində ÜDM payı Azərbaycanla müqayisədə 2-3 dəfə artıqdır”, – deyə F.Əhmədov qeyd edib.

O, həmçinin əlavə edib ki, Azərbaycanda İKT sahəsində mütəxəssislərin qıtlığı var. 

Onun sözlərinə görə, süni intellekt, kibertəhlükəsizliklə bağlı ciddi çətinliklər var: “Bu sahələrdə mütəxəssislərinin hazırlanmasına ehtiyac var. Bu, təkcə Azərbaycanda deyil, bütün dünyada olan bir problemdir. ABŞ kimi ölkədə də bu sahədə ciddi mütəxəssis çatışmazlığı var. Məqsədimiz bu sahədə mütəxəssislər hazırlamaq, rəqabətqabiliyyəti məhsullar yaratmaqdır”.

Eldar Tanrıverdi


Share: