Ötən il ilk dəfə sürücülük vəsiqəsi alanların sayı açıqlanıb.
Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən il ilk dəfə sürücülük vəsiqəsi alanların sayı 122 mindən çox olub.
N.Piriyevin sözlərinə görə, sürücülərin 20 mindən çoxu qadınlar, qalanları isə kişilərdir.