Səhnə teatrı R.İbrahimbəyovun “Şirəbənzər” və E. Olbinin “Zooparkda nə baş verdi?” tamaşalarını “ev teatrı” üslubunda hazırlayıb.
Kulis.az xəbər verir ki, hər iki tamaşanı quruluşçu rejissoru Elvin Mirzəyevdir.
“Ev teatrı” – adından da göründüyü kimi bir evin az sayda qonaqlar üçün otaq şəraitinə uyğun olan tamaşalar hazırlayan teatrdır. Bu, müasir teatr formasıdır və bu üslubda hazırlanan tamaşalarda müxtəlif teatr məktəblərinin qazandığı nailiyyətlərin sintezindən geniş istifadə edilir.
Günü- gündən tamaşaçıların rəğbətini qazanan tamaşalara, xalq artistləri Fəxrəddin Manafov, Şükufə Yusupova, Pərviz Məmmədrzayev və digər sənət adamları da təşrif buyururlar.
“Şirəbənzər” və “Zooparkda nə baş verdi?” tamaşaları, üç ilə yaxındır ki, mütamadi fəaliyyət göstərən, “ Bir dəfə Qarabağda”, “Molla Nəsrəddin 2022”, “Qaranlıqdan işığa”, “Qurd əfsanəsi” və “ Elçilik” tamaşaları ilə tamaşaçı rəğbəti qazanmış Səhnə teatrının repertuarını zənginləşdirir.
Hər həftənin şənbə və bazar günləri Səhnə teatrı tamaşaçılarının yolunu gözləyir.
Biletləri İTİCKET.AZ saytından ala bilərsiniz.