Azərbaycanda keçiriləcək hekayə müsabiqəsi haqqında…

Azərbaycanın mənəvi sərvətlərini təbliğ edən “Ədibin Evi”nin (XX əsr ədəbiyyatının klassiki Mir Cəlalın 1930-1940-cı illərdə yaşadığı ünvan) müasir Azərbaycan ədəbi prosesinin inkişafına təkan vermək məqsədilə elan etdiyi Mir Cəlal adına hekayə müsabiqəsi artıq yekunlaşıb.
 “Ədibin evi”ndən Moderator.az-a verilən məlumata görə, sentyabrın 28-dən aprel ayının 1-ə qədər davam edən müsabiqə üçün 389 müəllif hekayə göndərib. Müəlliflər müxtəlif kateqoriyalara aiddir.
Müsabiqəyə bölgələrdən və xarici ölkələrdən qoşulan müəlliflər də var.
Hekayə müsabiqəsinin mükafatlandırma mərasimi may ayının əvvəlində keçiriləcək. Qaliblər Xalq Yazıçısı Elçinin sədrliyi ilə tanınmış yazıçı və tənqidçilərdən ibarət münsiflər heyəti tərəfindən seçiləcək.
Qeyd edək ki, müsabiqədə I yer: 3000 Azn, II yer: 2000 Azn,III yer: 1000 Azn-dir. Müsabiqədə iki II yer, üç III yerlər var.

Share: