Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 5 min 948 yeni yoluxma faktı qeydə alınıb, 7 min 60 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 29 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 738 min 328 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 679 min 316 nəfər müalicə olunaraq sağalıb, 9 min 27 nəfər vəfat edib. 49 min 985 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 19 min 844, bu günə qədər isə ümumilikdə 6 milyon 372 min 838 test icra olunub.
Son sutkada 43 min 692 nəfər vaksinasiya olunub. Onlardan birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 69 nəfər təşkil edib, ikinci mərhələ üzrə isə vaksinasiya olunanların sayı 1788-dir. Ölkədə buster doza üzrə vaksin alanların sayı isə 38 min 835-dir.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 12 milyon 434 min 328, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 milyon 264 min 564, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 milyon 762 min 493 nəfər təşkil edir. Ümumilikdə isə 2 milyon 407 min 271 buster doza vurulub.
Müstəqil.Az