Azərbaycanda koronavirus üzrə günün statistikası açıqlandı

Azərbaycanda koronavirus üzrə günün statistikası açıqlandı

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 min 687 yeni yoluxma faktı qeydə alınıb, 6 min 506 nəfər müalicə olunaraq sağalıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd olunub ki, analiz nümunələri müsbət çıxan 28 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 752 min 605 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 696 min 565 nəfər müalicə olunaraq sağalıb, 9 min 105 nəfər vəfat edib, aktiv xəstə sayı 46 min 935 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 min 682, ötən müddət ərzində isə ümumilikdə 6 milyon 414 min 158 test aparılıb.

Ölkədə buster doza üzrə vaksinasiya olunanların sayı 2,5 milyonu ötüb. Son sutkada koronavirus (COVID-19) əleyhinə 71 min 434 vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 min 52, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 min 52, buster doza üzrə vaksinasiya olunanların sayı isə 66 min 330 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 12 milyon 549 min 963, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 milyon 270 min 596, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 milyon 766 min 430, buster doza üzrə vaksinasiya olunanların sayı isə 2 milyon 512 min 937 təşkil edir.

 

Müstəqil.Az

Share: