Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur

Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur

Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur

Azərbaycanda məhsullarda şəkərin miqdarının qanunla tənzimlənməsi təklif olunur.

xəbər verir ki, Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Emin Hacıyev deyib ki, şəkərli diabetlə mübarizənin başlanmasının vaxtı çatıb.

Deputat bildirib ki, statistikaya görə, hər il Azərbaycanda şəkərli diabet xəstələrinin sayı 5 min nəfərə yaxın artır: “Günbəgün ölkəmizdə şəkərli məhsulların satış nöqtələri çoxalır. Bir neçə ölkədə istehsal olunan məhsullarda şəkərin miqdarı müvafiq qanunla tənzimlənir. Bunu araşdırmaq zamanıdır. Şəkər siqaretdən heç də zərərsiz deyil. Müqayisə etsək, bəlkə də daha çox zərərlidir”.

Share: