Azərbaycanda mebel istehsalı idxalı 28% üstələyib

Azərbaycanda mebel istehsalı idxalı 28% üstələyib

Azərbaycanda mebel istehsalı idxalı 28% üstələyib

2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

“-Economics”in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15.6% və ya 2.6 milyon dollar çoxdur. 2023-ci ilin yanvar-fevral aylarında Azərbaycana 16 milyon 659 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.79% təşkil edib.

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 37.9% çoxdur.

Bu dövrdə mebel istehsalı idxalını 28% üstələyib.

Share: