Azərbaycanda sürücü sükan arxasında ölüb.
“Qafqazinfo” “Unikal”a istinadən xəbər verir ki, hadisə bu gün Qobustan rayonu ərazisində baş verib.
Belə ki, Bakı-Qax marşrutu üzrə fəaliyyət göstərən “Mersedes Vito” markalı sərnişin mikroavtobusunun sürücüsü sükan arxasında halı pisləşib.
O, Qobustan rayon xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Faktla baglı araşdırma aparılır.