Azərbaycanda neçə min erməni yaşayır? – RƏSMİ RƏQƏM

AMEA Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi ilə elmi seminar keçirilib.

 

İnstitutdan APA-ya verilən məlumata görə, seminarda institutun İnsan coğrafiyası istiqamətinin rəhbəri, Zakir Eminov “Müstəqillik illərinin əsas nailiyyətləri: iqtisadi-coğrafi və demoqrafik aspektlər” mövzusunda məruzə edib.

 

O bildirib ki, son 20-25 il ərzində respublikada sosial-iqtisadi dəyişikliklərin baş verməsi demoqrafik proseslərə öz təsirini göstərib, təbii artım göstəriciləri aşağı düşüb, ölüm yüksəlib: “Hazırda demoqrafik göstəricilərdə sabitləşmə müşahidə edilir. Demoqrafik göstəricilərin nizamlanması üçün daha fəal demoqrafik siyasətin həyata keçirilməsinə, analara və uşaqlara göstərilən dövlət qayğısının artırılmasına böyük ehtiyac var”.

 

Alim qeyd edib ki, 1990 – 1995-ci illərdə Rusiyaya MDB və Baltikyanı ölkələrdən köç edənlər 39,9%, Azərbaycandan bu ölkələrə miqrasiya edənlər isə 61,6%  təşkil edib: “Son dövrlərdə isə ölkədən Rusiyaya gedənlərin sayı xeyli azalıb. Hazırda Bakıda yaşayan rusların sayı 120 min, respublikada isə 140 mindir. Ermənilər isə Bakıda 20 min, ölkədə isə 120 min nəfər təşkil edirlər”.

Share: