Bu ilin yanvar-fevral aylarında Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 158,8 milyon manatlıq məhsul istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, hazır metal məmulatlarının istehsalı sahəsində 4,2 %, metallurgiya sənayesi məhsullarının istehsalında isə 35,4 % azalma müşahidə olunub.
Hesabat dövründə Azərbaycanda polad boruların istehsalı 2,1 dəfə artıb, polad tökmə istehsalı 16,4 %, armaturun istehsalı 57,4 %, hazır metal məmulatların istehsalı sahəsi üzrə isə metaldan konstruksiyaların istehsalı 53,8 % azalıb.