Azərbaycanda qızıl,gümüş bahalaşdı…

Aprelin 25-də Azərbaycanda qızıl, gümüş və platin bahalaşıb, palladium isə ucuzlaşıb.

Müstəqil.Az Trend-ə istinadən bildirir ki, qızılın qiyməti aprelin 24-ü ilə müqayisədə 1,3515 manat artaraq 1 troy unsiyası üçün 2256,6905 manat təşkil edib.

Gümüş 0,0116 manat bahalaşaraq 1 unsiya üçün 28,3846 manata bərabər olub.

Platinin qiyməti 9,5115 manat artaraq 1575,9085 manat, palladiumun qiyməti 27,0385 manat azalaraq 1650,445 manat təşkil edib.

Ad 25.04.18 24.04.18
Qızıl XAU 2256.6905 2255,339
Gümüş

XAG 28.3846 28,373
Platin XPT 1575.9085 1566,397
Palladium XPD 1650.445 1677,4835

Share: