Ağcəbədidə şadlıq evlərindən biri başqa bir obyektin qaz xəttinə qeyri-qanuni şəkildə qoşulub.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilir ki, həmin obyekt kənarda zibillik ərazisində xəttin altındakı dayağın içərisi ilə boru yeridərək qanunsuz birləşmə aparıb. Daha sonra isə qazın rezin boru ilə oğurlanması ilə məşğul olub.