Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir

Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir

Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir

“Bizim missiya ötən ilin dekabrından artıq Azərbaycandadır və seçki ilə bağlı məsələləri incələyir”.

xəbər verir ki, bunu MDB PA müşahidə missiyasının rəhbəri, Qazaxıstan Parlamenti Senatının sədr müavini Jakip Asanov Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərində aparılan monitorinqin yekunlarına dair brifinqdə deyib.

“Biz Azərbaycan Respublikası qanunvericiliyində beynəlxalq standartlara, insan hüquqları konvensiyalarına, eyni zamanda, siyasi və mülki haqların tanınmasına uyğunluğun şahidi olduq. Seçkilər zamanı gizli səsvermə üçün bütün şərait və azadlıq təmin edilmişdir. Beləliklə, Azərbaycanda seçki qanunvericiliyi beynəlxalq standartlara tamamilə cavab verir”, – o deyib.

Share: